Tərkibi:ananas konservi (halqa)
hazır qat-qat xəmir
1 yumurta
şəkər pudrası
Hazırlanması:Halqa formasında olan ananas konservini suyunun çəkilməsi üçün qalın kağız salfetin üzərinə düzün.
Mayasız qat-qat xəmiri 2-3 mm qalınlıqda yayın, 1,5 sm enində uzun şəridlərə doğrayın.
Bu şəridləri ananas halqasının ətrafına dolayın.
Hazır "çiçəkləri" perqament döşənmiş siniyə düzün.
180 dərəcə qızdırılmış sobada üzəri qızılı rəng alanadək bişirin.
Üzərinə şəkər pudrası səpin.
Nuş olsun!
Etiketlər: ananas, düzün, pudrası, şəkər, Hazır, perqament, döşənmiş, çiçəkləri, dolayın, doğrayın, şəridləri, halqasının, ətrafına, siniyə, qızdırılmış, bişirin, Üzərinə, səpin, olsun, alanadək