• Almalı konfet resepti

Reseptin məlumatları Baxış sayı: 19 366

Tarix : 15-11-2014, 10:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q alma
2/3 st. şəkər tozu
1/3 st. badam
1 x.q. limon sedrası
1 ç.q. darçın
1/2 st. şəkər pudrası

Hazırlanması:
Almanın qabığını təmizləyib cecəsini çıxarın. Xırda doğrayın (2,5 st. doğranmış alma alınmalıdır). Azca su töküb vam odun üstündə yumşalanacan bişirin. Sonra sürtgəcdən, ya da blenderdən keçirin.

Alma püresinə şəkər tozu əlavə edib vam odda daha 40 dəqiqə, qatılaşana qədər bişirin. Ocaqdan götürün, xırdalanmış badam, limon sedrası, darçın töküb qarışdırın. Yağlanmış siniyə 1,5 sm qalınlıqda töküb soyuducuya qoyun.

Soyuduqdan sonra dördkünc hissələrə bölüb şəkər pudrasında o üz-bu üz çevirin.
Əgər süfrəyə verməyə tələsmirsinizsə, perqament döşənmiş siniyə düzərək yenidən soyuducuya yerləşdirin.

Nuş olsun!
Etiketlər: şəkər, töküb, bişirin, soyuducuya, siniyə, darçın, limon, badam, sedrası, sonra, dördkünc, Soyuduqdan, Yağlanmış, xırdalanmış, qarışdırın, hissələrə, qalınlıqda, qoyun, çevirin, düzərək
BİZİ İZLƏYİN