• Qarda alma resepti

Reseptin məlumatları Baxış sayı: 14 610

Tarix : 21-11-2014, 18:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2-3 alma
150 q marqarin
150 q xama
3 st. un
1 st. şəkər tozu
2 yumurta
4 x.q. alma cemi
vanil

Hazırlanması:
Yumurtaların sarısını ağından ayırıb yarım stəkan şəkər tozuyla çalın, yumşaldılmış marqarin, vanil, xama və un əlavə edib xəmir yoğurun.
Yumurtanın ağını qalan şəkər tozuyla qatı köpük alınana qədər çalın. Almaları nazik dilimləyin.

Dərin siniyə xəmiri elə yayın ki, qabın divarını da tutsun, divarboyu cem yaxın (azca dibinə də çəkmək olar). Almaları xəmirin üstünə düzün, ikinci (yumurta ağı ilə olan) qarışığı almaların üzərinə tökün. Sobada 180 dərəcə istidə 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, tozuyla, Almaları, vanil, yumurta, marqarin, çalın, üstünə, dibinə, xəmirin, çəkmək, divarboyu, qabın, divarını, tutsun, düzün, yaxın, üzərinə, istidə, dəqiqə
BİZİ İZLƏYİN