• Ərik dolması resepti

Reseptin məlumatları Baxış sayı: 14 716

Tarix : 22-03-2016, 13:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
Ərik,
2-3 şorba qaşığı şəkər,
2 stəkan su,

Kremi üçün:
2 yemək qaşığı un,
3 yemək qaşığı şəkər,
2 stəkan süd,
1 paket toz krem şanti,

Bəzəmək üçün:
Fındıq içi

Hazırlanması:
Ərikləri bir qazana yığın.
Üzərinə şəkər və suyu əlavə edib 8-10 dəqiqə bişirin.
Ocaqdan alıb qazandan çıxardın.
Ayrı bir qazanda un, şəkər və südü alıb çırpma teli ilə çırpıb kremi bişirin.
Ocaqdan düşürdün və soyudun.
Soyuyan kremin üzərinə krem şantini əlavə edib mikserlə möhkəm çırpın.
Ərik azdırsa krem şantinin yarısını istifadə edin.
Daha sonra əriklərin içini açıb 1 şirniyyat qaşığı krem doldurun və kremli yerlərini fındıq içinə batırıb servis sinisinə yığaraq servis edin.

Nuş olsun!
Etiketlər: şəkər, qaşığı, bişirin, əlavə, Ocaqdan, yemək, servis, stəkan, sonra, əriklərin, istifadə, şantini, yarısını, mikserlə, çırpın, azdırsa, şantinin, möhkəm, doldurun, batırıb
BİZİ İZLƏYİN