• İçi doldurulmuş almalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 020

Tarix : 13-01-2016, 22:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Tərkibi:
2 ədəd iri alma
6 ədəd ərik qurusu
6 ədəd gavalı qurusu
2 x/q kişmiş
2 x/q qoz ləpəsi
3 x/q bal
6-8 x/q şəkər tozu
1/2 ədəd limon

Hazırlanması:
1. Almalar yarı kəsilir və çay qaşığı ilə özəyi çıxardılır. Beləliklə divarları 0,5 sm olan səbət hazırlanır.
2. Meyvə quruları xırda doğranılır. Qaynar su ilə axıdılır.
3. Qoz xırda doğranılır.
4. Meyvə quruları kəfgirə (aşsüzən) əlavə edilir, qozla qarışdırılır və bal əlavə edilir.
5. Alınan kütlə ilə alma səbətləri doldurulur.
6. Almaların qaralmasının qarşısını almaq üçün onlara limon şirəsi səpilir. Üzərinə 2 x/q şəkər tozu əlavə edilir və perqament kağızı sərilmiş tavaya düzülür. Əvvəlcədən 160°C temperaturunda isidilən sobada 40 dəqiqə bişirilir. Nəticədə səbətlər formasını saxlamaqla birgə almalar bir qədər yumşalmalıdır.
7. Almalar hazır olduqda üzərinə şəkərdən hazırlanan karamel vurmaq olar.

İçi doldurulmuş almalar resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, edilir, limon, Almalar, doğranılır, quruları, xırda, Meyvə, şəkər, qurusu, isidilən, temperaturunda, səpilir, şirəsi, onlara, Üzərinə, sərilmiş, düzülür, kağızı
BİZİ İZLƏYİN