Tərkibi:
2 əd alma
2 əd hamburqer bulkusu (və ya adi çörək)
2 əd toyuq yumurtaları
100 qr inək südü
20 qr kərə yağı
1 x/q bal
1 ç/q darçın
Hazırlanması:
1. Ərzaqlar hazırlanır.
2. Almalar dörd hissəyə bölünərək qabıqları soyulur.
3. Almarar xırda kubiklər şəklində doğranılır.
4. Az odda, kərə yağında almalar qızardılır.
5. Almalar yumşaq olduqda darçın əlavə edib və 5 dəqiqə daha qızardılır. Sonda bal əlavə edib qarışdırıb oddan götürülür.
6. Boşqabda yumurta südlə çalınır və duz əlavə edilir.
7. Bulkular (tostlar) yumurta məhlulunda 20-30 saniyə ərzində istadılır.
8. Sonra tostlar tavada hər tərəfli qızardılır.
9. Üzərinə alma qarışığı əlavə edərək süfrəyə verilir.
Nuş olsun!
Etiketlər: əlavə, qızardılır, Almalar, darçın, yumurta, tostlar, götürülür, oddan, Boşqabda, süfrəyə, südlə, qarışdırıb, Sonda, olsun, olduqda, verilir, dəqiqə, çalınır, edərək, istadılır