Tərkibi:1 qutu peçenye
1 dolu x.q. bişmiş qatılaşdırılmış süd
0.5 banan
2 x.q. xırdalanmış qoz
yarım plitka ağ şokolad
Hazırlanması:Peçenyeni blenderdə, yaxud oxlovla xırdalayın.
Bu ovuntuğa bişmiş qatılaşdırılmış südü əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.
Bananı doğrayın.
1-ci variant: peçenyeli qarışıqdan bir qədər götürüb yastılayın, ortasına banan qoyub bükün, yumrulayın. Üzərinə əridilmiş şokolad çəkib qoza batırın.
2-ci variant: Qozu da peçenye qarışığına qatın, kütləni kolbasa formasına salıb yastılayın. Ortası boyunca doğranmış bananı düzüb kənarlarını birləşdirin, yenə hamar kolbasa formasına salın. Bıçaqla bərabər dilimlərə doğrayın. Kəsik yerlərini əridilmiş şokolada batırın. Şokoladın donması üçün bir neçə dəqiqə dondurucuda saxlayın.
Nuş olsun!
Etiketlər: formasına, şokolad, yastılayın, variant, doğrayın, əridilmiş, kolbasa, qatılaşdırılmış, banan, bişmiş, batırın, peçenye, bananı, düzüb, doğranmış, Ortası, kütləni, kənarlarını, salıb, qatın