• Boranılı-şokoladlı çörək resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 416

Tarix : 24-04-2016, 23:00

Bölmə : Meyvəli şirniyyatlar / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
75 boranı püresi
60 ml süd
7 q yaş maya
250 q un
30 q kərə yağı
25 q şəkər tozu (narın)
5 q duz
2 yumurtanın sarısı
1 x.q. kakao tozu
1 ortaboy yumurta + 1 çimdik duz (qlazur üçün)

Hazırlanması:
Boranı püresi:
Boranının dənələrini təmizləyin, amma qabığını soymayın, iri doğrayın, buxarlı qazanda 30 dəqiqə bişirin. Qabığını təmizləyib lətini daha xırda doğrayın. Blenderlə püre halına salın.

Südü qazana töküb bədən temperaturunadək qızdırın, yəni barmağınızı içinə salanda o nə üşüməli, nə də yanmalıdır. Boranı püresini qatıb qarışdırın.

Mayanı unla narın ovuntuq alınanadək ovun. Sonra eyni qayda ilə otaq temperaturunda olan yağı buraya əlavə edin (mayalı unla ovun). Duz, şəkər tozu, yumurta sarıları və südü qatın. Xəmir yoğurub iki yerə bölün. Birinə kakao qatıb bir daha yoğurun. Xəmirləri kündələyib üzərinə dəsmal çəkin, 1 saat isti yerdə saxlayın.

Kündələri ayrılıqda un səpilmiş masada 0,5-1 sm qalınlıqda dördbucaqlı yayın. Şokoladlı xəmiri boranılının üzərinə qoyun. Rulet kimi bükün. Keks üçün olan dördbucaqlı, kənarı hündür formaya qoyun.
Yumurtanı duzla çalıb üzərinə çəkin.

1 saat isti yerdə saxlayın. 185 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Sobadan çıxarıb 5-10 dəqiqə bişirin. Sonra formadan çıxarıb böyrü üstə şəbəkənin üstünə qoyun, belə soyudun.

Süfrəyə kərə yağı, qaymaqlı pendir, duzlu karamel, nutella, araxis yağı ilə verə bilərsiniz.

Boranılı-şokoladlı çörək resepti - FOTO RESEPT

Boranılı-şokoladlı çörək resepti - FOTO RESEPT

Boranılı-şokoladlı çörək resepti - FOTO RESEPT

Boranılı-şokoladlı çörək resepti - FOTO RESEPT

Boranılı-şokoladlı çörək resepti - FOTO RESEPT

Boranılı-şokoladlı çörək resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qoyun, dəqiqə, bişirin, üzərinə, Boranı, Sonra, saxlayın, doğrayın, dördbucaqlı, qatıb, yerdə, çəkin, narın, şəkər, püresi, çıxarıb, kakao, yumurta, boranılının, bükün
BİZİ İZLƏYİN