• Portağal çanağında portağallı şokoladlı pudinq resepti

Reseptin məlumatları Baxış sayı: 14 101

Tarix : 30-10-2017, 22:00

Bölmə : Meyvəli şirniyyatlar / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
6 ədəd portağal (1 dənəsi rəndələmək üçün)
1 litr süd
1 su stəkanı toz şəkər
1 su stəkanı un
1 paket vanil
100 qr kərə yağı

Hazırlanması:
Kərəyağını qazanda əridin. Üzərinə unu əlavə edib, çox az qovurun ki unun qoxusu çıxsın. Üzərinə südü sürətli bir şəkildə əlavə edib blendırdan keçirin, yoxsa topa-topa olur. Daha sonra şəkəri və vanil əlavə edin. Qaynatdıqdan sonra içinə bir portağal qabığını rəndənin incə yeriylə rəndələyib əlavə edin. Portallalları təpə hissəsindən 2 barmaq keçəcək şəkildə içini yemək qaşığı və ya balqabaq oyacağı ilə oyub çıxardın pudinqi hər bir portağala pay edin.
Üzərini istədiyiniz kimi bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, Üzərinə, şəkildə, vanil, sonra, portağal, stəkanı, keçəcək, içini, yemək, barmaq, hissəsindən, yeriylə, rəndələyib, Portallalları, qaşığı, balqabaq, istədiyiniz, bəzəyin, olsun
BİZİ İZLƏYİN