Tərkibi:12 ədəd sarı alma
12 xörək qaşığı şəkər tozu
İçi üçün:200 qr. qoz ləpəsi
1 xörək qaşığı darçın
Üzəri üçün
100qr. un
1 paket vanil
200 qr. şəkər tozu
1 litr süd
Hazırlanması:Almanı yuyub qabığını soyuruq. Daha sonra isə bütöv qalacaq şəkildə içini oyuruq. Hər almanın içinə 1 xörək qaşığı şəkər tozu tökürük. Dayaz bir qazana düzərək almanın yarısına çatacaq qədər su əlavə edirik. Almaları əzilmədən bütöv şəkildə bişiririk. Öncədən doğranıb hazırlanmış qoz və darçını almanın işərisinə töküb dərin qabın içinə qoyuruq. Ayrı bir qazanda isə un , şəkər tozu, vanili qarışdırıb üzərinə yavaş- yavaş süd tökərək qarışdırırıq. Bu qarışığı ocaqda dibi tutmasın deyə qaynamağa başlayana qədər qarışdırırıq. Ocaqdan aldıqdan sonra mikserlə yaxşıca çırpırıq və öncədən hazırlanmış almaların üzərinə əlavə edirik. Üzərini zövqünüzə uyğun bəzəyə bilərsiniz. Daha dadlı olması üçün soyuq halda yemək məsləhətdir.
Nuş olsun!
Etiketlər: şəkər, xörək, qaşığı, almanın, içinə, bütöv, qədər, şəkildə, üzərinə, qarışdırırıq, yavaş, sonra, edirik, əlavə, hazırlanmış, başlayana, qaynamağa, Ocaqdan, aldıqdan, yaxşıca