• Giləmeyvəli desert resepti

Reseptin məlumatları Baxış sayı: 19 466

Tarix : 20-06-2014, 03:16

Bölmə : Meyvəli şirniyyatlar / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Krem üçün:

2 stəkan + bir stəkanın dörtdə biri qədər süd
2 ədəd yumurta
14 xörək qaşığı şəkər tozu
4 xörək qaşığı un
2 xörək qaşığı qarğıdalı nişastası (kartof unuyla əvəz etmək olar)
2 xörək qaşığı təzə sıxılmış limon suyu
1 çay qaşığı vanil ekstraktı (və ya iki paket vanil tozu)
2 xörək qaşığı narın rəndələnmiş limon qabığı
1 xörək qaşığı kərə yağı

Meyvə layları üçün:
5-6 ədəd banan – yumru-yumru doğrayın
3-4 stəkan qarışıq morux, böyürtkən, və qaragilə (çiyələk və ya istədiyiniz başqa yumuşaq meyvələr də olar)

Bəzək üçün:
Təzə nanə yarpaqları

Hazırlanması:
Əvvəlcə kremi hazırlayın. Qazanda süd, yumurta, şəkər tozu, un, qarğıdalı nişastası və limon suyunu yaxşıca qarışdırın. Taxta qaşıqla qarışdıra-qarışdıra, kütlə qatılaşanadək bişirin, təxminən 2 dəqiqə. Kənara çəkib, vanil, limon qabığı və yağı əlavə edin. Mikserlə və ya mətbəx teliylə yağ əriyənə, və kütlə bir az soyuyanadək çırpın.

Giləmeyvəli desert resepti


Banan dilimlərini ölçüsü 33 x 25 sm olan qalın şüşə qabın dibinə düzün.

Giləmeyvəli desert resepti


Üstünə giləmeyvələri yığın.

Giləmeyvəli desert resepti


İlıq kremi meyvələrin üstünə tökün. Qoyun soyusun. Üstünə mətbəx streçi örtüb, qabı nir neçə saat müddətinə soyuducuya qoyun. Süfrəyə verməzdən əvvəl desertin üstünü nanə yarpaqları ilə bəzəyin.

Giləmeyvəli desert resepti


Qeyd: istəyə görə, deserti bir iri qab yerinə, paylıq stəkanlarda, bakallarda da hazırlaya bilərsiniz. Bir də qeyd edim ki, buradakı krem bir qədər qatı olur, puddinq kimi. Kremin bir az duru olmasını istəyirsinizsə, südün miqdarını bir az azaldın.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, limon, vanil, yarpaqları, Üstünə, yumru, qarışdıra, kütlə, qabığı, mətbəx, kremi, şəkər, yumurta, qədər, qarğıdalı, stəkan, nişastası, tökün, müddətinə
BİZİ İZLƏYİN