• Meyvəli qarışıq (mix) resepti

Reseptin məlumatları Baxış sayı: 13 913

Tarix : 26-06-2016, 16:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd – armud
1 ədəd – mandarin
1 ədəd – alma
1 ədəd – banan
1 ədəd – plombir (dondurma)
2 ədəd – peçenye
1 x.q – smetan
1 x.q – qatılaşdırılmış süd

Hazırlanması:
Meyvələr xırda doğranır.
Dondurma, əvvəlcədən tikə-tikə bölünmüş peçenye ilə qarışdırılır.
Smetan və qatılaşdırılmış süd qarışdırılır.
Sonra qat şəkilində stakana yığılır: alma - dondurma - banan - dondurma - armud - dondurma - mandarin.
Sonra stakanda meyvələrin üzərinə smetan və qatılaşdırılmış südün qarışığını tökürük.
Qoyuruq 20 dəqiqəlik qalır soyuducuda buz dolabında.

Nuş olsun!
Etiketlər: dondurma, qatılaşdırılmış, peçenye, smetan, qarışdırılır, Sonra, banan, armud, mandarin, südün, üzərinə, meyvələrin, stakanda, yığılır, qarışığını, dəqiqəlik, qalır, soyuducuda, olsun, stakana
BİZİ İZLƏYİN