• Çörəkli şaftalı şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 480

Tarix : 3-07-2016, 16:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 şaftalı
1 suxari çörək
1 su stəkanı şaftalı şirəsi
1 su stəkanı su
1 su stəkanı toz şəkər

Pudinq üçün:
4 su stəkanı süd
2 xörək qaşığı un
2 xörək qaşığı nişasta
2 xörək qaşığı qoz
1/ 2 su stəkanı toz şəkər
1 yumurta sarısı
1 paket vanil

Sousu üçün:
3 şaftalı
2 xörək qaşığı pudra şəkəri
1 paket vanil
1 xörək qaşığı likör (nanə liköru istisna olmaqla)

Hazırlanması:
Şaftalının qabıqlarını soyub kub şəklində doğrayın.
Suxari çörəkləri şüşə bir nimçəyə qoyun.
Şaftalı şirəsi, su və şəkəri qaynadıb çörəklərin üzərinə tökün və şaftalıları əlavə edin.
Pudinq ərzaqlarını qarışdırıb qatılaşana qədər bişirin.
Pudinq konsistensiyasına gəlincə atəşdən götürüb kokos əlavə edib qarışdırın.
Suxari çörəklərin üzərinə töküb soyumağa qoyun.

Sousu hazırlamaq üçün:
Şaftalıları pürə halına gətirib pudra şəkəri əlavə edərək 10 dəqiqə bişirin. Soyuduqdan sonra likör əlavə edin. Çörəkləri boşqaba qoyub şaftalı sousu ilə süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, stəkanı, əlavə, şaftalı, Pudinq, şəkəri, pudra, Sousu, vanil, bişirin, çörəklərin, likör, üzərinə, Suxari, paket, qoyun, şirəsi, şəkər, töküb
BİZİ İZLƏYİN