• Albalılı krem karamel resepti

Reseptin məlumatları Baxış sayı: 13 286

Tarix : 10-07-2016, 16:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 1-2


Tərkibi:
1 su stəkanı tumu çıxarılmış albalı
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı su
Yarım su stəkanı
4 şorba qaşığı toz şəkər
1 su stəkanı süd
1 paket vanil
2 ədəd yumurta
2 ədəd yumurta sarısı

Hazırlanması:
Abalı, kərəyağı, su və 1 xörək qaşığı toz şəkəri 2-3 dəqiqə bişirin.
Sununu və dənəsini ayırıb kənara qoyun.
Yarım su stəkanı toz şəkəriri tavaya alıb ocağa oturdun.
Karamel olana qədər qarışdırıb albalı suyunu əlavə edin.
3 dəqiqə daha bişirib 4 ədəd qaba pay edin.
Soyuması üçün kənara qoyun.
Süd və vanili qaynadıb ocaqdan götürün.
Ayrı bir yerdə yumurta, yumurta sarısı və qalan 3 xörək qaşığı toz şəkəri yaxşıca çırpıb, südlü qarışığa əlavə edin və qarışdırın.
Qarışığı 4 ədəd qaba boşaldın.
150 dərəcə sobada 35-40 dəqiqə bişirib soyumağa qoyun.
Qabları isti suyun içinə batırıb çıxarın.
Servis qablarına tərs çevirib çıxarın.
Üzərinə, kənara ayırdığınız albalı dənələrini yerləşdirin.
Soyuq olaraq servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, stəkanı, xörək, yumurta, qoyun, albalı, dəqiqə, kənara, şəkəri, bişirib, çıxarın, sarısı, əlavə, Yarım, dərəcə, boşaldın, sobada, soyumağa, suyun, Qabları
BİZİ İZLƏYİN