• Çiyələkli friqo resepti

Reseptin məlumatları Baxış sayı: 14 226

Tarix : 15-07-2016, 16:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Yarım kilo çiyələk
1 yemək qaşığı un
3 yemək qaşığı nişasta
1 kofe fincanı şəkər tozu

Hazırlanması:
Çiyələklər təmizlənir, dilimlənir və qazana yığılır.
Blender ilə püre halına gətirilir.
Üzərinə un, nişasta və şəkər qoyulub qarışdırılır.
Orta temperaturda tündləşənə qədər davamlı qarışdırılaraq bişirilir.
Asan çıxması üçün kasaların içi isladılır və bişən şirniyyatımız kasalara tökülüb soyumağa qoyulur.
Tamam buz kimi soyuduqdan sonra servis boşqabına tərs çevirilir və çiyələk dilimləri ilə bəzədilib servisə təqdim edilir.

Nuş olsun!
Etiketlər: yemək, qaşığı, nişasta, çiyələk, şəkər, şirniyyatımız, bişən, kasalara, tökülüb, soyumağa, isladılır, kasaların, davamlı, qarışdırılaraq, bişirilir, çıxması, qoyulur, Tamam, bəzədilib, servis
BİZİ İZLƏYİN