• Almalı-nanəli jele resepti

Reseptin məlumatları Baxış sayı: 11 653

Tarix : 4-09-2016, 14:00

Bölmə : Meyvəli şirniyyatlar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 l təzə alma şirəsi (turşməzə)
50 q şəkər tozu
1 dəstə nanə
12 q jelatin

Hazırlanması:
Şəkər tozunu alma şirəsi ilə qarışdırın. Nanə əlavə edin (bir neçə budağı ayırıb saxlayın). Bir gecə saxlayın.

Şirədən bir qədər götürüb içində jelatini isladın. Şirənin qalanını isə (içindəki nanə ilə birlikdə) ocağın üzərinə qoyun. Qaynara düşəndən sonra vam odda 2-3 dəqiqə bişirin.

Şişmiş jelatin əlavə edib qarışdırın. Ocaqdan götürün. Bankalara töküb içinə ayırdığınız nanə yarpaqlarını əlavə edin.

Qatılaşanadək soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, saxlayın, şirəsi, qarışdırın, jelatin, Şişmiş, dəqiqə, bişirin, düşəndən, üzərinə, qoyun, Qaynara, Ocaqdan, sonra, töküb, Qatılaşanadək, soyuducuda, olsun, yarpaqlarını, ayırdığınız
BİZİ İZLƏYİN