• Dadlı şokoladlı armud resepti

Reseptin məlumatları Baxış sayı: 13 235

Tarix : 27-01-2017, 20:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 6 ədəd armud
- 1 stəkan şəkər tozu
- Yarım limonun suyu
- 2 çay qaşığı darçın

Hazırlanması:
Armudların saplaqlarını qırmadan qabığını soyub qazana qoyun. Üstünə şəkər tozu və darçın səpin. 3 stəkan su və limonun suyunu əlavə edib qapağını örtün və 20 dəqiqə vam odda bişirin. Su bitib şəkər tozu əriyənə kimi bişirin. Karamel rəngində olan armudları çıxarıb qaba yerləşdirin. Qazanda qalan şəkərli sousu armudun üzərinə gəzdirin. Daha sonra başqa bir qabda hazırladığınız kakaolu sousu isidin. Armudların üzərinə şokoladlı sousu qaşıqla tökün. Sous soyuduqdan sonra süfrəyə təqdim edə bilərsiniz.
Şokoladlı sousun hazırlanması:
2 xörək qaşığı yağı əridib üzərinə 1 xörək qaşığı kakao atıb qarışdırın. Kakao əriyəndə şəkər pudrası və 3 xörək qaşığı su əlavə edib sousu 5 dəqiqə qaynadın. Qatı olanda oddan götürün.

Nuş olsun!
Etiketlər: şəkər, qaşığı, sousu, üzərinə, xörək, limonun, bişirin, stəkan, sonra, əlavə, dəqiqə, darçın, Armudların, tökün, soyuduqdan, süfrəyə, qaşıqla, təqdim, isidin, hazırladığınız
BİZİ İZLƏYİN