• Bananlı şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 16 919

Tarix : 5-02-2017, 17:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 litr süd
1 su stəkanı şəkər tozu
1 su stəkanı un
1 paket vanil
1 paket sana yağının 5/2 si
1 paket kakaolu peçenye
4 ədəd kiçik orta ölçüdə banan

Hazırlanması:
Peçenye ən xırda olana qədər xırdalanır.
Sini qaba boş yer qalmayacaq şəkildə sərilir.
Sobaya qoymadan əvvəl qazanda süd və şəkəri köpüklənənə qədər qarışdırın.
Sonra un da əlavə olunaraq qarışdırılmağa davam edilir.
Sonra sobaya qoyulur, tez –tez qarışdırılır, qaynamağa başlayanda vanil və sana yağı qoyulur, qarışdırılmağa qabarcıqlar olana qədər davam etdirilir.
Qabarcıqlar yarananda soba söndürülür.
3 dəqiqə daha qarışdırılıb sini qaba sərilir.
Sərin bir yerdə yarım saat gözlədilir.
Qabda 8 bərabər parçalara kəsilir, parçaların ortasına ikiyə böldüyümüz bananlar yerləşdirilib rulon şəklində bükülür.
İstəkdən asılıdır, həmin dəqiqə də yeyilə bilər, yarım saat gözlədilib də yeyilə bilər.

Nuş olsun!
Etiketlər: qədər, paket, qarışdırılmağa, Sonra, sərilir, davam, dəqiqə, bilər, yeyilə, yarım, olana, stəkanı, qoyulur, vanil, bərabər, Qabda, parçalara, gözlədilir, kəsilir, parçaların
BİZİ İZLƏYİN