• Əncir qurusundan konfet resepti

Reseptin məlumatları Baxış sayı: 13 616

Tarix : 5-11-2016, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. kişmiş
10-12 ədəd əncir qurusu
5 İran xurması
1/4 st. xırdalanmış badam, yaxud fıstıq
2 x.q. zeytun yağı
2 x.q. şəkər tozu
1 ç.q. vanilli şəkər tozu
bəzək üçün şəkər pudrası

Hazırlanması:
Kişmiş, əncir qurusu və xurmanı soyuq suda 1 gecə, yaxud isti suda 4 saat saxlayın.

Suyu süzüb meyvə qurularını püre halına gələnədək xırdalayın.

Badamı (fıstığı) doğrayıb orta itilikli odda 5 dəqiqə qovurun.

Qalın dibli tavanı qızdırın, zeytun yağı tökün, quru meyvələrdən hazırladığınız püreni əlavə edib orta itilikli odda 10-15 dəqiqə, qatılaşınca bişirin.

Xırdalanmış badamı, şəkər tozu və vanilli şəkəri əlavə edib daha 10 dəqiqə bişirin.

Düzbucaqlı formanı azca yağlayın və kütləni içinə bərabər yayın.

Bir qədər qurumağını gözləyin. Sonra balaca kvadratlara bölün. Üzərinə şəkər pudrası səpib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, zeytun, itilikli, pudrası, bişirin, vanilli, yaxud, qurusu, əlavə, əncir, Düzbucaqlı, yağlayın, kütləni, formanı, badamı, qatılaşınca, içinə, Xırdalanmış, püreni
BİZİ İZLƏYİN