• Albalı/gilas ilə klafuti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11 860

Tarix : 4-01-2017, 14:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Tərkibi:
albalı/gilas - 1 kq
yumurta - 3 dənə
un - 140 q
şəkər tozu (zövgə görə) - albalı ilə: 150-200 q; gilas ilə: 100-150 q
vanilin - 1 paket
qabartma tozu - 1 ç. q.
süd - 300 ml

Hazırlanması:
Sobanı 180 dərəcəyə yandırın. Giləmeyvəni yuyub tumlarını çıxarın. Yağlanmış formaların içində yerləşdirin.

Albalı/gilas ilə klafuti resepti - FOTO RESEPT


Giləmeyvə və süddən savayı hər şeyi yaxşıca qarışdırın. Südü 2-3 mərhələyə qarışdırarkən əlavə edin ki, xəmir hamar alınsın.

Albalı/gilas ilə klafuti resepti - FOTO RESEPT

Albalı/gilas ilə klafuti resepti - FOTO RESEPT


Xəmiri giləmeyvənin üzərinə tökün. Formaların ölçüsündən aslı olaraq 20-30 dəqiqə ərzində bişirin. İsti halda yeyin!

Albalı/gilas ilə klafuti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: albalı, gilas, alınsın, hamar, Xəmiri, xəmir, qarışdırarkən, qarışdırın, mərhələyə, giləmeyvənin, əlavə, tökün, ərzində, bişirin, halda, yeyin, dəqiqə, olaraq, yaxşıca, Formaların
BİZİ İZLƏYİN