• Boranı ponçikləri resepti

Reseptin məlumatları Baxış sayı: 12 733

Tarix : 5-01-2017, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
500 q boratı ləti
un
2 yumurta
4 x.q. şəkər tozu
1 paket qabartma tozu
1 paket vanilli şəkər tozu
1 çimdik duz
bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Sobanı 200 dərəcə qızdırın.

Boranı lətini 5-7 mm qalınlıqda doğrayıb üzərinə folqa çəkərək sobada 30 dəqiqə bişirin. Soyudun. 200 qramını ələyin içinə yığıb çəngəllə əzin, artıq suyu axandan sonra içinə yumurta, duz, şəkər tozu, qabartma tozu və vanil qatın. Qarışdıraraq az-az unu əlavə edin. Xəmir qatı xama kimi alınmalıdır.

Soyuducuda 1 saat saxlayın.

Tavada bitki yağını qızdırın. Qaşığın 1/3-i qədər xəmirdən götürüb yağa salıb qazardın, kəfkirlə daim qarışdırıb hər tərəfinin qızarmasına nail olun. Kağız salfetlərin üzərinə düzün. Üzərinə şəkər pudrası səpin.

Eyni qayda ilə almadan da ponçik xəmiri hazırlaya bilərsiniz. O zaman sadəcə almaları sürtgəcin iri gözündən keçirmək lazım gələcək.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, içinə, bitki, qızdırın, yumurta, qabartma, paket, qızarmasına, Kağız, düzün, Üzərinə, tərəfinin, salfetlərin, kəfkirlə, götürüb, xəmirdən, qədər, salıb, pudrası
BİZİ İZLƏYİN