• Labne pendirli, meyvəli şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 15 496

Tarix : 13-02-2017, 14:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
10 yemək qaşığı toz şəkər
10 yemək qaşığı un
1 paket vanil
1 paket qabartma tozu
1 rəndəlnmiş limon qabığı
yarım limon suyu

Kremi üçün:
1 litr süd
3 yemək qaşığı un
2 yemək qaşığı nişasta
1 su stəkanı şəkər tozu
1 paket vanil
200 gr labne pendiri
Araları üçün banan və şaftalı dilimləri

Hazırlanması:
Sobanı 180 dərəcədə isidin.
Yumurta və şəkəri qabarana qədər qarışdırın.
İçinə limon qabığı və limon və limon suyunu əlavə edin.
Un,vanil və qabartma tozunu ələyib yavaşca qarıştırın.
Yağlanmış soba qabına boşaldıb sobaya qoyun.
45 dəqiqə bişirin (kürdanla yoxlayın) Kremi üçün süd, un, nişasta və şəkəri bir qazana töküb ocaqda bişirin.
2-3 dəqiqə qaynayanda ocaqdan alıb içinə vanili əlavə edin.
Tamam soyuması üçün bir kənarda saxlayın.
Kreminin içinə labneni əlavə edib mikserlə 5-7 dəqiqə qarışdırın.
Bişən keksi ortadan ikiyə kəsin.
Bir parçanı servis boşqabına qoyub üzərinə meyvələri yerləşdirin.
Meyvələrin üzərini krem ilə örtüb digər keks parçasını üzərinə örtün.
Qalan krem ilə tortu örtüb bu şəkildə 3-5 saat saxlayın.
Servis etmədən öncə üzərini meyvələr ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: limon, qaşığı, yemək, dəqiqə, əlavə, paket, vanil, qarışdırın, içinə, üzərini, örtüb, şəkəri, üzərinə, saxlayın, bişirin, nişasta, qabartma, şəkər, Kremi, qabığı
BİZİ İZLƏYİN