• Bananlı kəsmikli desert resepti

Reseptin məlumatları Baxış sayı: 12 724

Tarix : 14-02-2017, 14:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd banan
3 xörək q. 15%-li xama
6 xörək q. şəkər
200 qram şokolad
4 xörək q. küncüt
1 çay q. vanil
1 xörək q. portağal qabığı
600 qram 5%-li kəsmik

Hazırlanması:
Kəsmik, şəkər, vanil və sürtgəcdən keçirilmiş portağal qabığını mikserlə çalın.
Bu krem 2 banan üçün nəzərdə tutulub.
Kremi 4 hissəyə bölün və düz qaba banan formasında yayın, üstünə qabığı təmizlənmiş banan qoyun və yenidən üstünə krem elə tökün ki, bananların hər tərəfi kremlə örtülsün.
Şokoladı su vannasında əridin və kəsmikli qarışıqlı bananların üstünə tökün.
Üstünə xırdalanmış küncüt və ya sürtgəcdən keçirilmiş qoz səpin.
Soyuducuya qoyub soyumasını gözləyin.
Banan ətirli belə desertlə səhər isti çay içmək insanın bütün gün əhvalını yüksək edir.

Nuş olsun!
Etiketlər: banan, xörək, üstünə, sürtgəcdən, bananların, tökün, keçirilmiş, qabığı, şəkər, portağal, küncüt, vanil, səpin, xırdalanmış, Soyuducuya, qarışıqlı, əridin, kəsmikli, qoyub, Üstünə
BİZİ İZLƏYİN