• Portağallı bişmə krem resepti

Reseptin məlumatları Baxış sayı: 4 241

Tarix : 8-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
süd-150 ml
portağal şirəsi-100 ml
şəkər tozu-60 q
yumurta-1ədəd
un-40 q
kərə yağı-60q
çox az duz
1 paket vanil

Hazırlanması:
Balaca qazana əvvəlcə soyuq südü və portağal şirəsini əlavə edin, sonra bura vanil, şəkər tozu töküb qarışdırın. Sonra bu qarışıma yumurtanı əlavə edib yüngül qarışdırın. Qazanı vam odda qazın üzərinə qoyun və səliqəylə qarışdıra qarışdıra ələnmiş unu əlavə edin sonra başlayın tez-tez qarışdırmağaki, pot-pot qalmasın. Krem qatılaşana qədər bişirilir. Qatılaşandan sonra altını azaldıb birazda qarışdırandan sonra kərə yağını əlavə edirik (yağı əlavə edəndə krem qaynar halda olmalıdır mütləq). Sonra soyumaa qoyuruq və budur hazır istədiyimiz formada istifadə edə bilərik.

QEYD: Bu krem desert kimi də süfrəyə verilə bilər.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, Sonra, qarışdıra, portağal, vanil, qarışdırın, şəkər, edirik, edəndə, qaynar, halda, yağını, qarışdırandan, altını, azaldıb, birazda, bilər, olmalıdır, mütləq
BİZİ İZLƏYİN