• Limon kremli mini bizelər resepti

Reseptin məlumatları Baxış sayı: 2 594

Tarix : 31-05-2017, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Limon Kremi üçün:
113 gr kərəyağ (otaq temperaturunda yumşaq)
3 ədəd rəndələnmiş limon qabığı (ağ yerlərini istifadə etmirik)
300 gr (1,5 su stəkanı) şəkər
4 ədəd yumurta
1 çimdik duz
1/2 su stəkanı limon suyu

Mini bize üçün:
4 ədəd yumurtanın ağı (otaq temperaturunda)
1/2 yemək qaşığı krem tartar
200 gr (1 su stəkanı) şəkər tozu

Hazırlanması:
Sobanızı 150 dərəcədə isidin.
İki ədəd soba qabına yağlı kağız sərin.
Yumurta ağlarını köpük olana qədər çırpın.
Köpüklənəndə içinə krem tartarı əlavə edin.
Sonra çalaraq şəkər tozunu əlavə edin.
Qabararaq qatı hala gələndə sıxma torbasına töküb soba qabına əvvəlcə içdən çölə doğru dairəvi spiral çəkin.
Quş yuvası forması alacaq.
Sobaya qoyun.
30 dəqiqə bişdikdən sonra dərəcəni 120-ə salın və 15 dəqiqə də bişirin.
Sobanızı söndürün və qapağını biraz aralayın.
İçlərinə soyuyan limon kreminizdən əlavə edin və servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, limon, əlavə, şəkər, qabına, Sobanızı, dəqiqə, temperaturunda, spiral, doğru, dairəvi, çəkin, forması, yuvası, içdən, əvvəlcə, gələndə, Qabararaq, servis, sıxma
BİZİ İZLƏYİN