• Yulaflı qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 5 480

Tarix : 25-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
1 stakan yulaf
4 y.q. şəkər
4 y.q. ağ küncüt
4 y.q. hindistan qozu
1 dolu y.q. un
1 y.q. günəbaxan yağı
1 yumurta
1 cimdik duzu
yarım çay qaşığı qabartma tozu

Hazırlanması:
Yulafı blendarda xırdalamaq. Dərin qaba yulafı, şəkəri, unu, qabartma tozunu, duzu töküb yaxşıca qarışdlrmaq.
Ortasında çuxur açmaq və bura 1 y.q. günəbaxan yağı, 1 yumurtanı əlavə etmək. Qarışdırın. Duru halva kimi məhlul alınır, yapışqan və yaxmalanan.

Bura 4-5 y.q. hindistan cevizi əlavə edin və yoğurun. Xəmir yığılmalıdı, ancaq ələ yapışqan olacaq yenə, sanki donmuş halva kimi.

Kiçik kasədə su yanınıza qoyun və əlinizi batıraraq xəmurdən kiçik kündələr qoparıb yumrulayın. Biraz yastılayın və küncütə batırın.

Yığın siniyə və 180 temperaturda 20 dəqiqə bişirin. Çox qurutmayın. Sobadan çıxaranda çox kövrək olacaqlar, sonra biraz bərkiyəcəklər.

Nuş olsun!
Etiketlər: əlavə, yapışqan, qabartma, halva, günəbaxan, hindistan, yumrulayın, batıraraq, xəmurdən, qoparıb, kiçik, kündələr, qoyun, donmuş, sanki, Kiçik, kasədə, Biraz, yanınıza, əlinizi
BİZİ İZLƏYİN