• Ekler resepti

Reseptin məlumatları Baxış sayı: 5 376

Tarix : 5-12-2018, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : r_sevdaa


Tərkibi:
250 ml su,
100 qr yağ,
160 qr un,
4-5 ədəd yumurta (ölçüsündən asılı olaraq),
1 çimdik duz,
krem (zövqə görə)

Hazırlanması:
Əvvəlcə su, yağ və bir çimdik duzu dəmir qazana töküb, qazın üzərinə qoyuruq. Qaynayanda oddan götürüb, un əlavə edirik və dayanmadan tez-tez qarışdırırıq. Alınan sarımtıl xəmir qazanın kənarlarından ayrılmalıdır. Xəmiri 10-15 dəqiqə gözlətdikdən sonra yumurtaları bir-bir əlavə edərək mikserlə çalırıq. Tam həll olduqda, xəmiri konditer torbasına yığırıq. Yağlı kağız sərilmiş soba qabına istədiyimiz ucluqdan istifadə edərək fiqurlar salırıq. Əvvəlcədən qızdırılmış 200° istilikli sobada 10 dəqiqə bişirdikdən sonra temperaturu 150° edib, 10 dəqiqə daha bişiririk. Son olaraq 15 dəqiqə 100° temperaturla eklerlərimizi bişiririk.
*Qeyd. İlk 20 dəqiqə sobanın qapağını açmayın.

Nuş olsun!
Etiketlər: dəqiqə, edərək, bişiririk, əlavə, sonra, çimdik, olaraq, istədiyimiz, qabına, xəmiri, ucluqdan, istifadə, sərilmiş, kağız, torbasına, yığırıq, Yağlı, fiqurlar, konditer, Əvvəlcədən
BİZİ İZLƏYİN