• Fındıqlı un kurabiyəsi resepti

Reseptin məlumatları Baxış sayı: 3 212

Tarix : 28-02-2019, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan çiy fındıq,
1 şirniyyat qaşığı limon suyu,
1/2 çay qaşığı soda,
4 şorba qaşığı əridilmiş kərə yağı,
1 şirniyyat qaşığı bəkməz,
2 ədəd İran xurmasının pürəsi

Hazırlanması:
Əvvəlcə fındıqları köfe üyüdən maşnada yaxşıca üyüdün.
Kərə yağını əridib süzün.1 limoni təmiz-təmiz yuyub suyunu silin və sonra limonun suyunu sıxın.
2 ədəd iran xurmasının tumunu çıxardaraq əzib püre halına salın..
Bütün bu ərzaqları hazırladıqdan sonra onları bir qabda qarışdıraraq yoğurun .
Yumşaq bir xəmir əldə edəcəksiniz.
Hazır xəmirdən kündələr ayırın.
Kündələri əlinizdə yuvarlayaraq sonra isə üzərindən basdıraraq açın.
Fırını əvvəlcədən 160 dərəcədə qızdırın.
Fırın sinisinə bişirmə kağızı sərib üzərinə yastıladığınız kurabiyələri düzün.
Əvvəlcədən qızdırdığınız fırında 10 dəqiqə bişirin.
Bişirdiyiniz kurabiyələri fırından çıxardaraq soyumağa qoyun.
Bu ölçü ilə hazırladığınız xəmirdən 20 ədəd kurabiyə çıxır.

Nuş olsun!
Etiketlər: qaşığı, sonra, suyunu, kurabiyələri, xurmasının, çıxardaraq, xəmirdən, təmiz, şirniyyat, əvvəlcədən, Fırını, dərəcədə, qızdırın, Fırın, basdıraraq, sinisinə, üzərindən, kündələr, çıxır, ayırın
BİZİ İZLƏYİN