• Şokoladli bişi resepti

Reseptin məlumatları Baxış sayı: 3 491

Tarix : 5-03-2019, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2,5 su stəkanı un,
1 paket yaş maya,
1 şirniuyyat qaşığı şəkər,
1 çay qaşığı duz,
1 yemək qaşığı zeytun yağı,
1 su stəkanı ilıq su,
4 yemək qaşığı şokolat kremi(içini doldurmağa),
3 sustəkanə qızartmağa yağ,

Not:
İlıq su istifadə etdikdə mayalanma sürəsini qısaldır.
Yağ yaxşı qızmadan xəmirləri atarsınızsa xəmir yağı çəkəcək və ləzzətini itirəcəkdir.

Hazırlanması:
Unu geniş bir qaba ələyin.
Unun ortasına əlinizlə oyuq açın.
Bütün ərzaqları oyuğa əlavə edin.
Normal bir xəmir yoğurun.
Xəmir ələ yapışmayana qədər yoğurun.
Bir qabı unlayaraq hazır xəmiri ora qoyun.
Xəmirin üzərini strec filimlə qapatın ki, xəmir mayalansın.
Bunun üçün 25 dəqiqə gözləyin.
Mayalanan xəmirdən parçalar ayırın və incə yuvarlaq şəkildə incəldin.
İncəltdiyiniz xəmirin üzərinə şokolad kremini sürtün və üzərinə eyni böyüklükdə hazırladığınız digər bir xımir parçasını qapadın.
Xəmirin kənarlarını çəngəllə basdırın.
Qızğın yağda qızardın.
Qızaran xəmirlərin yağını süzün və üzərinə pudra şəkəri səpin.
İsti və soyuq halda servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, xəmir, üzərinə, yoğurun, stəkanı, Xəmirin, yemək, kremini, şokolad, paket, xəmirin, sürtün, digər, hazırladığınız, böyüklükdə, İncəltdiyiniz, incəldin, Mayalanan, gözləyin, dəqiqə”
BİZİ İZLƏYİN