• Şam ağacı peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 4 038

Tarix : 7-12-2018, 00:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : agroexpert


Zəncəfilli peçenyelər və şam ağacı Yeni ilin rəmzidir. Bu iki gözəlliyi birləşdirdikdə bayram süfrənizi bəzəyən dadlı və gözəl görünüşlü şam ağacı yarada bilərsiniz.

Tərkibi:
2,5 stəkanı un
1/2 stəkan şəkər kirşanı
1 xörək qaşığı bal
125 qr kərə yağı
1 paket qabartma tozu
1 çay qaşığı darçın
1 çay qaşığı zəncəfil tozu
1 xörək qaşığı tort bəzəyi (şam ağacını gözəl göstərəcəyiniz rənglərdə)
hazır yaşıl rəngli aysinq (şəkərli qlazur)

Hazırlanması:
Geniş bir qabın içərisinə unu ələyin. Unun üzərinə kərə yağını əlavə edib əlinizlə qarışdırın. Üzərinə şəkər kirşanı, bal, qabartma tozu, darçın, zəncəfil tozunu töküb yaxşıca yoğurun. Hazırladığınız xəmiri steç salafana büküb 30 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmiri soyuducudan götürüb dəzgahın üzərinə yayın. Xəmirdən bir-birinin içindən keçə bilən fərqli böyüklüklərdə 10 ədəd ulduz şəklində formalar hazırlayın. Ulduz şəkilli xəmirləri iki yağlı kağız arasında oxlovla yayaraq nazikləşdirin. Yağlı kağız sərilmiş soba sinisinə xəmirləri aralıqlarla düzün və əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 7-8 dəqiqə bişirin. Bişən peçenyeləri yaxşıca soyudun. Daha sonra ən böyük ölçülü peçenyenin uc hissələrini yaşıl aysinqlə bəzəyin. Fərqli böyüklükdə olan peçenyeləri üst-üstə peçenyelər bitənə kimi düzün. Kənarlarını aysinqlə bəzəyib, ən sonda rəngli tort bəzəkləri ilə bəzəyin. Şam ağacı şəkli verdiyiniz peçenyeni bayram süfrənizə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, ağacı, peçenyelər, rəngli, xörək, kirşanı, şəkər, qabartma, darçın, yaşıl, aysinqlə, bəzəyin, zəncəfil, kağız, xəmirləri, bayram, düzün, üzərinə, gözəl, peçenyeləri
BİZİ İZLƏYİN