• Fıstıqlı peçenyelər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 715

Tarix : 25-02-2016, 21:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
113 q yumşaldılmış kərə yağı
100 q yumşaldılmış "Filadelfiya" pendiri
1 st. şəkər pudrası
0,5 ç.q. qabartma tozu
1/4 ç.q. duz
1 yumurta
1 ç.q. vanil
2,5 st. un
2 ç.q. limon və ya portağal sedrası
0,5 st. duzlu fıstıq

Hazırlanması:
İri qabda yumşaldılmış kərə yağı ilə yumşaldılmış pendiri qarışdırın (təxminən 30 saniyə).
Fıstıqlı peçenyelər resepti - FOTO RESEPT


Şəkər pudrası, duz və qabartma tozu əlavə edin. Yaxşıca qarışdırın. Yumurta və vanil əlavə edib qarışdırın. Un və sedra əlavə edib qarışdırın.
Fıstıqlı peçenyelər resepti - FOTO RESEPT


Xəmiri iki yerə bölüb perqament kağızının üstünə yayın. Üstünə əzilmiş fıstıq tökün.
Fıstıqlı peçenyelər resepti - FOTO RESEPT


Səliqə ilə rulet kimi bükün. Dondurucuda 1 saatdan artıq saxlayın.
Fıstıqlı peçenyelər resepti - FOTO RESEPT


Yaxşı forma üçün uzun mətbəx salfetinin kartonundan istifadə edə bilərsiniz.
Fıstıqlı peçenyelər resepti - FOTO RESEPT


Sobanı 190 dərəcəyədək qızdırın. Ruleti 1 sm qalınlıqda dilimlərə doğrayın.
Fıstıqlı peçenyelər resepti - FOTO RESEPT


Yağlanmamış siniyə düzün. 7-9 dəqiqə bişirin.
Fıstıqlı peçenyelər resepti - FOTO RESEPT


Hazır peçenyeləri dəmir şəbəkənin üstünə düzüb soyudun.
Fıstıqlı peçenyelər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, yumşaldılmış, əlavə, fıstıq, vanil, üstünə, qabartma, pudrası, pendiri, Ruleti, Sobanı, bilərsiniz, dərəcəyədək, qızdırın, salfetinin, Yaxşı, saxlayın, forma, mətbəx, kartonundan
BİZİ İZLƏYİN