• Bəyaz mütəkkə resepti

Reseptin məlumatları Baxış sayı: 36 331

Tarix : 28-10-2014, 13:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 q yumşaldılmış kərə yağı
150 q yağlı xama (24-30%)
3 yumurtanın sarısı
3 st. un
bir çimdik duz
1/2 ç.q. söndürülmüş soda, yaxud 1 dolu ç.q. qabartma tozu
vanilin

İç üçün:
200 q qoz
150 q şəkər tozu
2-3 yumurtanın ağı
hil, muskat cevizi, vanil (istəyə görə)

Hazırlanması:2 st. unu duz, qabartma tozu (soda) və vanillə qarışdırın. Yağ əlavə edib ovun (umac kimi). Yumurta sarılarını əlavə edib 3-cü stəkan unu da arada əlavə edə-edə xəmir yoğurun. Xəmiir yumşaq olmalı, amma ələ yapışmamalıdır. Xəmiri 4 yerə bölüb kündə tutun, 20-30 dəqiqəliyə soyuducuya qoyun.

Qozu qozçəkən maşından keçirib şəkər tozu ilə qarışdırın. Yumurtanın ağını elə miqdarda vurun ki, iç sıyıq olmasın (yaxşı olar ki, yumurta ağını çalıb sonra qoz qarışığına qatasınız).

Kündələri 30-32 sm enində, 0,1-0,2 mm qalınlıqda yayın. Dairəni 16 hissəyə bölün. Enli tərəfə iç qoyun, sonra da rulet kimi bükün.
Bəyaz mütəkkə resepti


Sininin içinə perqament döşəyin. Mütəkkələri düzüb 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin (azacıq qızaranadək).

Soyudun, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qabartma, ağını, qarışdırın, sonra, qoyun, yumurtanın, rulet, Dairəni, olmasın, hissəyə, yayın, tərəfə, bölün, qatasınız, çalıb, yumurta, yaxşı, qarışığına
BİZİ İZLƏYİN