• Yağlı korovka resepti

Reseptin məlumatları Baxış sayı: 15 984

Tarix : 8-11-2014, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. yulaf lopası
1,5 st. un
1 st. qəhvəyi şəkər tozu
1 ç. q. soda
0,5 ç.q. duz
1 st. ərinmiş yağ
400 q iris-karamel
0,25 st. su
1 st. qoz
150 q şokolad yonqarı və ya şokolad

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Təxminən 22x33 sm ölçüdə sininin içinə folqa döşəyin, üzərinə yağ çəkin.
Bir camın içində yulaf lopalarını (rusca bu "овсяные хлопья" adlanır), un, şəkər tozu, soda və duzu qarışdırın. Sonra yağ əlavə edib yenə qarışdırın. Ovxalanan xəmir alınacaq.
Təxminən 1 stəkan həcmində xəmiri ayırıb bir kənara qoyun. Qalan xəmiri isə sininin dibinə yayın, əlinizlə azca yastılayın, 10 dəqiqəliyə sobaya qoyun.

Konfetlərin kağızını soyun, qazançaya qoyub üzərinə su tökün. Vam ocağın üzərinə qoyun. Qarışdıraraq, konfetlər tam əriyənədək bişirin. Konfetlərin əvəzinə bişirilmiş qatı süd istifadə etmək olar.
Sobadakı korju çıxarın.
Onun üzərinə xırdalanmış qoz səpin. Sonra şokolad yonqarlarını, olmasa, sadəcə şokolad plitəsini xırdalayaraq bərabər qaydada bunun üzərinə səpin. Üzərinə isə əritdiyiniz karamelləri tökün. Kənara ayırıb qoyduğunuz xəmiri əlinizlə ovub sinidəki yarımfabrikatın üzərinə səpin.

Yenidən sinini sobaya qoyun, peçenyeni 15-18 dəqiqə bişirin. 5-10 dəqiqə də sobada saxlayandan sonra folqayla birlikdə çıxarın. Soyudun. Sonra isə doğrayın.
Yağlı korovka resepti

Yağlı korovka resepti

Yağlı korovka resepti

Yağlı korovka resepti


Nuş olsun!
Etiketlər: üzərinə, qoyun, şokolad, səpin, xəmiri, Sonra, ayırıb, qarışdırın, dəqiqə, əlinizlə, bişirin, tökün, Konfetlərin, sininin, çıxarın, sobaya, yulaf, şəkər, Təxminən, olmasa
BİZİ İZLƏYİN