Tərkibi:7 x.q. şəkər tozu
4-5 x.q. bal
50 q kərə yağı və ya marqarin
2 yumurta
400-450 q un
1 ç.q. qabartma tozu və ya 0,5 ç.q. söndürülmüş soda
Şəkərli qlazurHazırlanması:Bal, şəkər tozu və yağı qazanda qarışdırın, ocağın üstünə qoyun, qaynara düşəndə götürün. Soyudun, yumurta vurub qarışdırın. Qabartma tozu və un vurub xəmir yoğurun. Xəmiri 0,5 sm qalınlıqda yayın, müxtəlif fiqurlar kəsin.
Sinini yağlayın, yaxud perqament döşəyin. Pryanikləri üstünə düzün. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Hazır pryanikləri qaynar qlazura batırıb boşqaba düzün, qurumasını gözləyin.
Nuş olsun!
Etiketlər: üstünə, qarışdırın, vurub, yumurta, düzün, şəkər, qızdırılmış, dərəcə, döşəyin, yağlayın, Sinini, yaxud, perqament, sobada, Pryanikləri, Hazır, boşqaba, qurumasını, gözləyin, olsun