• Yeni il pryanikləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 28 221

Tarix : 28-12-2016, 18:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
140 q bal
3 x.q. şəkər tozu
80 q kərə yağı
2 ç.q. qabartma tozu
0,5 ç.q. darçın
1/4 ç.q. hil
1/4 ç.q. mixək
1/4 ç.q. muskat cevizi

Qlazur:
100 q şəkər pudrası
2 x.q. limon şirəsi

Hazırlanması:
Yağı kubik doğrayıb qazançada bal və şəkər tozu ilə qarışdırın, vam odun üzərinə qoyun, şəkər tozu əriyənədək dayanmadan qarışdırın. Ocaqdan götürüb soyudun.

Başqa ləyənçədə un, qabartma tozu və ədviyyatı qarışdırın.

Unu soyumuş ballı kütləyə əlavə edib xəmir yoğurun. Xəmir yumşaq və elastik olmalı, ələ yapışmamalıdır. Qida plyonkasına büküb soyuducuda 2 saat saxlayın.

Sobanı 180 dərəcə qızdırın. Xəmiri soyuducudan çıxarıb un səpilmiş masada 5-6 mm qalınlıqda yayın.

Formaların köməyilə fiqurlar kəsin, fiqurların yuxarı hissələrində kokteyl çöplərinin köməyilə deşiklər aça bilərsiniz.

Perqament döşənmiş siniyə düzün.

12-14 dəqiqə bişirin. Soyuyandan sonra üzərini qlazurla bəzəyə bilərsiniz.

Qlazur üçün şəkər pudrası ilə limon şirəsini qarışdırın.

Konditer şprisinin köməyilə üzərini bəzəyin. Şpris yoxdursa, bərk paketin içinə qlazuru doldurun, paketin bir ucunu çərtin, ucluq kimi istifadə edin.

Qlazur tam quruyandan sonra yemək olar. Yaxud da fiqurların üzərindəki deşikdən lent keçirib yolkadan da asa bilərsiniz.
Yeni il pryanikləri resepti - FOTO RESEPT

Yeni il pryanikləri resepti - FOTO RESEPT

Yeni il pryanikləri resepti - FOTO RESEPT

Yeni il pryanikləri resepti - FOTO RESEPT

Yeni il pryanikləri resepti - FOTO RESEPT

Yeni il pryanikləri resepti - FOTO RESEPT

Yeni il pryanikləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, qarışdırın, Qlazur, köməyilə, bilərsiniz, sonra, paketin, limon, pudrası, qabartma, üzərini, fiqurların, düzün, qlazurla, dəqiqə, bişirin, siniyə, Soyuyandan, çöplərinin, yuxarı
BİZİ İZLƏYİN