• Almalı peçenya resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 236

Tarix : 8-10-2015, 21:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
60 qr şəkər tozu
2 ədəd yumurta
100 qr kərə yağı
250 qr un
1 çimdik duz
1 ç/q qabartma tozu
1 x/q limon şirəsi
2 ədəd alma
1 paket vanilin
1 x/q şəkər pudrası

Hazırlanması:
1. Şəkər tozu və vanilin yumurtaya əlavə edilərək çalınır.
2. Yumşaldılmış kərə yağı əlavə edilib yenidən qarışdırılır.
3. Qabartma tozu, duz və ələkdən keçirdilmiş un əlavə edilərək qarışdırılır.
4. Digər tərəfdə almalar təmizlənir və xırda kubiklər formasında doğranılır, üzərinə limon şirəsi səpilir.
5. Doğranmış almalar xəmirlə qarışdırılır.
6. Perqament kağızı sərilmiş tavanın üzərinə xörək qaşığı ilə xəmirlər yerləşdirilir. Əvvəlcədən 180°C temperaturunda isidilmiş sobada 15-20 dəqiqə bişirilir.
7. Hazır peçenyalar tam soyudulur.
8. Zövqə görə üzərinə şəkər pudrası səpilir.

Almalı peçenya resepti - FOTO RESEPT

Almalı peçenya resepti - FOTO RESEPT

Almalı peçenya resepti - FOTO RESEPT

Almalı peçenya resepti - FOTO RESEPT

Almalı peçenya resepti - FOTO RESEPT

Almalı peçenya resepti - FOTO RESEPT

Almalı peçenya resepti - FOTO RESEPT

Almalı peçenya resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, üzərinə, qarışdırılır, şirəsi, vanilin, pudrası, edilərək, almalar, səpilir, limon, xörək, qaşığı, tavanın, kağızı, doğranılır, Doğranmış, xəmirlə, Perqament, sərilmiş
BİZİ İZLƏYİN