• Darçınlı burmalar resepti

Reseptin məlumatları Baxış sayı: 16 390

Tarix : 23-10-2015, 15:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir Üçün:
2 paket aktiv quru maya (4 + yarım çay qaşığı)
1 stəkan (250 ml) süd, bir az istidin (40-46Cdək)
Yarım stəkan cup (125 g) şəkər tozu
3 ədəd iri yumurta
4 stəkan yarım un ( 675 q)
1 çay qaşığı yarım duz
Bir portağalın rəndələnmiş qabığı
115 q kərə yağı – əridib, soyudun

İçi Üçün:
6 xörək qaşığı (90 q) şəkər tozu
2 çay qaşığı darçın
55 q kərə yağı – əridin

Üstü Üçün:
1 ədəd yumurta, yüngülvari qarışdırın

Vanilli Qlazur Üçün:
1 stəkan + bir stəkanın dörtdə biri qədər (140 q) şəkər kirşanı (pudrası)
2 xörək qaşığı süd
Bir çay qaşığının dörtdə biri qədər vanil ekstraktı

Hazırlanması:
Xəmiri hazırlamaq üçün iri ləyəndə mayanı süddə həll edin. Bir qədər qabarması üçün kənara qoyun, təxminən 5 dəqiqəlik. Üstünə şəkər tozu, yumurta, 4 stəkan unu, duz, portağal qabığı, və kərə yağını əlavə edib əlinizlə qarışdırın. Qarışığı bir az unlanmış masaya çevirib, yoğurun. Yapışqandırsa, geri qalan yarım stəkan unu da əlavə edin. 5-7 dəqiqə ərzində yoğurun. Xəmin yumuşaq olmalı, lakin ələ yapışmamalıdır.
Ləyənin dibini bir az yağlayın. Xəmiri kündələyib buraya qoyun. Üstünü mətbəx steçiylə örtün. Qoyun xəmir isti yerdə ikiqat qabarsın, təxminən 1 saat yarım – 2 saat.
İçi düzəldin. Şəkər tozu və darçını qarışdırın. Kənara qoyun.
Ölçüsü 43 X 30 sm olan listin dibinə perqament kağızı sərin.
Xəmiri bir az ün səpilmiş masaya qoyun. İkiyə bölün. Bir yarını ölçüsü 25 x 40 sm dördbucaq şəklində açın. Dördbucağın səthinə yağın yarısını sürtün. Bunun üstünə isə darçınlı şəkəri səpin. Dördbucağı sizə uzaq olan uzun tərəfindən başlayaraq rulet kimi bükün.
Ruleti 8 burmaya kəsin. Kəsilmiş yerləri üstdə olmaq şərtiylə listə bir-birinə yaxın, amma yapışmayacaq şəkildə düzün (şəkillərə baxın). Digər kündəni də eyni şəkildə açıb, doldurub, burub, listə yığın.
Burmaların üstünü çay dəsmalıyla yüngülvari örtün. Bir az da qabarmaları üçün kənara qoyun, təxminən 30 to 40 dəqiqəlik. Burmaların üstünü yüngülvari məbəx streçiylə örtüb, listi soyuducuya da qoya bilərsiniz. Burmalar soyuduca bir gecə qala bilər. Bu müddər ərzində onlar qabaracaq.
Sobanı 200Cdək qızdırın.
Əgər burmaları soyuducuya qoymuşdunuzsa, bişirməzdən əvvəl listi çıxardın və qoyun burmalar otaq hərarətinədək istinənə qədər, 30-40 dəqiqə listdə qalsınar.
Burmaların üstünə yumurta çəkin. Sobanın orta rəfində 20-35 dəqiqə və yaxud üstləri qızaranadək bişirin.
Burmalar hazır olmazdan bir az əvvəl qlazuru hazırlayın. Bunun üçün bir qabda şəkər kirşanı, süd və vanil ekstraktını şəkər əriyənədək qarışdırın.
Qoyub burmalar listdə bir qədər soyusunlar (amma çox deyil). Hələ istiykən, üstlərinə qlazuru tökün. Burmaları bir-birində ayırıb isti-isti yeyin. Diqqət! Bu burmalar uzun müddət qaldığında bərkiyir. Əgər bişirdiyiniz gün yüməyəcəksinizsə, soyuduqdan sonra buzluğa qoyun. İstədiyinizdə soba və ya mikrodalğada istidib yeyin.

Nuş olsun!
BİZİ İZLƏYİN