• Almalı kruassan resepti

Reseptin məlumatları Baxış sayı: 15 138

Tarix : 12-04-2016, 15:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q qat-qat yağlı xəmir
alma
120 q kərə yağı
0.5 st. şəkər tozu
1/4 st. qəhvəyi şəkər tozu
şirin qazlı içki
1/2 ç.q. darçın
vanil

Hazırlanması:
Almaları yuyub qabığını soyun. Dilimləyin.

Hazır qat-qat yağlı xəmiri üçbucaqlara doğrayın. Hər birinin içinə bir dilim alma qoyun.

Dərin formanı yağlayıb hazırladıqlarınız çiy kruassanları içinə düzün.

Kərə yağını əridin, adi və qəhvəyi şəkər tozunu, darçın, vanil əlavə edin.

Vam odda daim qarışdıraraq, şəkər tozu əriyənədək qızdırın.

Kütlə eynicinsli olanda onu formadakı kruassanların üzərinə gəzdirin.

Şirin qazlı içkini (məsələn, "Sprayt") kruassanların olduğu qaba tökün, çalışın, qlazur yuyulmasın. Kruassanlar yarıyadək şərbətdə olmalıdır.

160 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, vanil, içinə, kruassanların, darçın, qazlı, qəhvəyi, yağlı, məsələn, içkini, tökün, olduğu, Şirin, Sprayt, olanda, Kütlə, eynicinsli, formadakı, üzərinə, gəzdirin
BİZİ İZLƏYİN