• Bavariya bulkaları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 437

Tarix : 15-11-2015, 13:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
300 ml isti süd
2 yumurta
50 q şəkər tozu
1 çimdik duz
1 ç.q. quru maya
500 q un
250 q kərə yağı

iç:
istənilən axıcı olmayan cem

Hazırlanması:
Mayanı şəkər tozu qatılmış isti süddə 15 dəqiqə saxlayın. Şişəndən sonra yumurta, duz, un, əridilib soyumuş kərə yağının yarısını qatıb xəmir yoğurun. İsti yerdə 1,5-2 saat saxlayın.

Gəlmiş xəmirdən 13-15 kündə tutun. Əlinizlə yastılayıb hər birinin içinə 1 ç.q. iç (cem) qoyun, kündələyin.
Keramik formanı kərə yağıyla bol-bol yağlayın. Kündələri aralarına yağ çəkməklə sıx-sıx düzün.

Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Çıxarıb kərə yağının qalanını üzərinə gəzdirin (qaymaq, şəkər tozu, vanil də olar), daha 15 dəqiqə bişirin.
Vanilli sous, yaxud meyvə şərbəti ilə süfrəyə verə bilərsiniz. Sadəcə şəkər pudrası da səpmək olar.

Bavariya bulkaları resepti - FOTO RESEPT

Bavariya bulkaları resepti - FOTO RESEPT

Bavariya bulkaları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, saxlayın, bişirin, yağının, xəmir, yumurta, Çıxarıb, qızdırılmış, sobada, qalanını, düzün, Kündələri, yağlayın, yağıyla, aralarına, çəkməklə, Əvvəlcədən, üzərinə, dərəcəli
BİZİ İZLƏYİN