Tərkibi:55 q kərə yağı
1 yumurta
0,5 fincan şəkər tozu
0,5 fincan qəhvəyi şəkər tozu
1,5 st. un
3 x.q. xama
1 ç.q. qabartma tozu
1/4 ç.q. duz
1 iri alma
0,5 fincan kişmiş
Hazırlanması:Yumşaq kərə yağını şəkər tozu və yumurta ilə qabarınca çalın.
Un, duz, qabartma tozunu qarışdırın. Yağlı-yumurtalı qarışığa tədricən, xama ilə növbələyərək əlavə edin.
Almanın cecəsini çıxarın, 0,5 sm tərəfli kubik doğrayın.
Xəmirə almanı və kişmişi qatıb qaşıqla ehtiyatla qarışdırın.
Xəmirdən çay qaşığı ilə götürərək perqament döşənmiş siniyə aralı olmaqla düzün (bişəndə yayılır).
200 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişirin. Şəbəkənin üzərində soyudun.
Nuş olsun!
Etiketlər: şəkər, fincan, qabartma, qarışdırın, yumurta, döşənmiş, siniyə, olmaqla, perqament, aralı, qaşığı, qaşıqla, ehtiyatla, Xəmirdən, düzün, götürərək, yayılır, bişirin, Şəbəkənin, üzərində