• Vanilli kremli peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 22 666

Tarix : 17-11-2015, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
125 q yağ
110 q şəkər tozu
1 yumurta
85 q un
1/8 ç.q. qabartma tozu
vanil
130 q qarğıdalı nişastası

krem:
çalınmış qaymaq
şəkər pudrası

Hazırlanması:
Sobanı 200 dərəcə qızdırın. Formanı yağlayın.
Yumşaq yağı şəkər tozu və yumurta ilə çalın, quru ərzağı əlavə edin.
Xəmiri 1 sm ucluqlu konditer torbasına yığın. Formanın içinə bir-birindən aralı diametri 3 sm olan peçenyelər sıxın.
Təxminən 10 dəqiqə bişirin.
Çalınmış qaymağı şəkər pudrası ilə çalıb vanil əlavə edin.
Peçenyeləri soyudun. Aralarına krem çəkərək birləşdirin.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, pudrası, vanil, yumurta, peçenyelər, sıxın, Təxminən, dəqiqə, aralı, içinə, birindən, bişirin, diametri, çalıb, çəkərək, birləşdirin, olsun, Aralarına, soyudun
BİZİ İZLƏYİN