Tərkibi:150 ml boranı püresi
110 q krem-pendir
100 q şəkər pudrası
1.5 fincan xırdalanmış kreker (graham crackers)
1/2 ç.q. darçın
bir neçə damcı vanil cövhəri
üzərinə:
100 q şokoladHazırlanması:Krem-pendiri əvvəl şəkər pudrası ilə, sonra digər ərzaqla qarışdırın. Krekerin miqdarı artıq da ola bilər, hər şey boranı püresinin qatılığından asılıdır. Alınan kütlə elə olmalıdır ki, ondan kündə tutmaq olsun.
Qarışığı soyuducuda 1-2 saat saxlayın.
Sonra qoz boyda kürələr hazırlayın, perqamentin üzərinə düzüb bir gecə soyuducuda saxlayın.
Şokoladı su hamamında əridin, trüfelləri batırıb quruması üçün yenidən perqamentin üzərinə düzün.
Nuş olsun!
Etiketlər: üzərinə, olsun, perqamentin, soyuducuda, saxlayın, şəkər, pudrası, boranı, Alınan, Qarışığı, asılıdır, qatılığından, tutmaq, kütlə, ondan, kündə, olmalıdır, kürələr, batırıb, trüfelləri