• Çex bulkası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 544

Tarix : 2-12-2015, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
650 q un
50 q darçın
100 q fındıq
30 q yaş maya
100 q kərə yağı
2 yumurta
1 st süd
6 x.q. ağ şəkər tozu (narın)

Hazırlanması:
Maya, 1/4 st. isti su, 1 ç.q. un və 1 ç.q. şəkər tozunu qarışdıraraq barata hazırlayın. İsti yerdə 15-20 dəqiqə qalsın.

Yumurtaların ağını sarısından ayırın.

Tayqulpda kərə yağını əridin, dərin ləyənə töküb süd və iki yumurtanın sarısı ilə qarışdırın. Unun qalanını və baratanı əlavə edin. 1 st. şəkər tozundan 1 x.q. qədər götürüb kənara qoyun, qalanını və azacıq duzu xəmirə əlavə edin (kənara qoyduğunuz şəkər tozu bulkanın üzərinə səpiləcək).

Əlinizlə elastik xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerə qoyun, hər dəfə şişdikcə ətləyin (iki dəfə).

Hazır xəmiri bir neçə bərabər hissəyə bölün. Yayın. Hər birini iti bıçaqla 5 sm eni olan uzun şəridlərə bölün.

Metal boruya (yaxud üzərinə folqa çəkilmiş karton boruya) şəridləri dolayın. Xəmirin kənarını səliqəylə yapışdırın.

Hazır olduqdan sonra hər tərəfinə yumurta ağı çəkin.

Sobanı 200 dərəcə qızdırın.

Fındığı əzib (yaxud üyüdüb) 1 x.q. şəkər tozu və darçınla qarışdırın. Bir boşqaba tökün. Boruya doladığınız xəmirləri bu qarışığa batırın.

Sininin içinə xəmiri siniyə yapışmayacaq hündürlüyə qaldırmaq üçün əşya qoyun. Sonra boruları üzərinə düzün.

Bulkalar 20 dəqiqə bişirilir. Bu müddətdə iki dəfə çevirin ki, hər tərəfi qızarsın.

Bulkaları sobadan çıxarandan sonra bir qədər soyudun, sonra borudan çıxarın.

Boşqaba yığıb üzərinə şəkər pudrası səpin.

Çex bulkası resepti - FOTO RESEPT

Çex bulkası resepti - FOTO RESEPT

Çex bulkası resepti - FOTO RESEPT

Çex bulkası resepti - FOTO RESEPT

Çex bulkası resepti - FOTO RESEPT

Çex bulkası resepti - FOTO RESEPT

Çex bulkası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, qoyun, sonra, qalanını, kənara, əlavə, xəmiri, yaxud, boruya, bölün, qarışdırın, Hazır, qədər, yumurta, dəqiqə, dərəcə, Sobanı, yığıb, Boşqaba
BİZİ İZLƏYİN