• Portağal ətirli Ovis Molis resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 056

Tarix : 13-05-2016, 15:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
200 q un
60 q qarğıdalı nişastası
200 q kərə yağı
100 q şəkər pudrası
5 yumurtanın sarısı (bişmiş)
1 portağalın sedrası
1 çimdik duz
200 q konfitür, yaxud mürəbbə

Hazırlanması:
Yumurtaları suda bişirin, ağını sarısından ayırın. Ağını başqa təam üçün istifadə edə bilərsiniz, peçenye üçün sarı gərək olacaq.
Yumurta sarılarını ələkdən keçirin.

Kərə yağını şəkər pudrası ilə ağarıncayadək çalın, yumurta sarılarını əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Portağal sedrası ilə duz qatıb mikserlə qarışdırın.

Unu nişasta ilə qarışdırıb ələyin. Qarışığa əlavə edib əvvəlcə qabda qatışdırın, sonra isə masanın üzərində xəmiri eynicinsli alınanadək yoğurun. Plyonkaya büküb soyuducuda 30 dəqiqə saxlayın.

Xəmiri 5 mm qalınlıqda yayıb keks formasının üstünə çəkin, barmaqlarınızla basıb xəmiri formaların içinə döşəyin. Xəmir artıqlarını kəsin. (Başqa cür də edə bilərsiniz, keks yuvalarının sayı qədər dairələr kəsib içinə yerləşdirin). Keks yuvasında olan xəmirlərin ortasına konfitür, yaxud mürəbbə qoyun, amma ağzınadək doldurmayın.
Xəmirdən dairələr kəsib keks yuvalarındakı xəmirlərin üzərinə qoyun. Kənarlarını basıb yapışdırın.

180 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin. Peçenye çox qızarmamalıdır.

Portağal ətirli Ovis Molis resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: sarılarını, kəsib, mürəbbə, yaxud, bişirin, əlavə, bilərsiniz, qoyun, içinə, basıb, xəmirlərin, konfitür, pudrası, şəkər, dəqiqə, eynicinsli, dairələr, xəmiri, sedrası, çalın
BİZİ İZLƏYİN