• Meyvəli fındıqlı kökə resepti

Reseptin məlumatları Baxış sayı: 15 159

Tarix : 19-06-2016, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 stəkan un
1 qəhvə fincanı süd
bir miqdar yaş maya
2 xörək qaşığı duru yağ
100 qr. marqarin
1 kasa döyülmüş fındıq
2 xörək qaşığı quru üzüm
marmelad və şəkər

Hazırlanması:
2 stəkan un dərin bir qaba qoyun. 1 qəhvə fincanı süd əlavə edin.
Bir miqdar yaş mayanı ilıq suda həll edin. 2 xörək qaşığı duru yağ və 100 qr. marqarin ilə birlikdə xəmir yoğurun.
Üzərini yaş bir dəsmalla örtün, 1 saat gözləyin. Xəmiri ikiyə bölün. Oxlovla ilə açın.
Üzərinə dilədiyiniz marmelattan sürtün. Bol miqdarda döyülmüş fındıq səpin.
2 xörək qaşığı quru üzümü tökün. rulet formasında sarın. 2 barmaq enində kəsin.
Nimçəyə düzün. Toz şəkəri səpin.
Əvvəldən 180 dərəcədə isidilmiş sobada üzəri qızarana qədər bişirin və sonra süfrəyə verin.

Nuş olsun!
Etiketlər: xörək, qaşığı, marqarin, döyülmüş, səpin, fındıq, miqdar, stəkan, qəhvə, fincanı, enində, kəsin, düzün, üzümü, Nimçəyə, formasında, şəkəri, tökün, rulet, sarın
BİZİ İZLƏYİN