• Düymə şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 397

Tarix : 8-07-2016, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
125 qram marqarin
2 su stəkanı qovrulmuş un
2 ədəd yumurta
1 su stəkanı un
1 paket qabartma tozu
1 qəhvə fincanı soda
1 çay qaşığı vanil
2 xörək qaşığı marmelad
2 xörək qaşığı badam

Şərbəti üçün:
yarım su stəkanı şəkər tozu
1 xörək qaşığı limon suyu
1 çay qaşığı vanil
1 su stəkanı su

Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayın.
Bunun üçün 1 su stəkanı su və bir yarım su stəkanı şəkər tozu qaynadın.
Ocaqdan götürüb , 1 xörək qaşığı limon suyu və 1 çay qaşığı vanil əlavə edin.
Soyumağa qoyun.
Bu vaxt ərzində qazana yağ və qovrulmuş unu əlavə edib 15 dəqiqə qovurun.
Soyumağa qoyun.
Yumurta, un, qabartma tozu, soda və vanil əlavə edib yoğurun.
Hazırladığınız xəmirdən yumurta böyüklüyündə parçalar qoparın.
Əlinizdə yuvarlayın.
Baş barmağınızla ortalarına basaraq çuxur yaradın.
Yağlanmış boşqaba düzün.
Əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin.
Sobadan alıb , üzərinə soyutduğunuz şərbəti gəzdirin.
Ortalarına marmelad və badam qoyub süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, stəkanı, vanil, xörək, əlavə, Soyumağa, yarım, limon, qoyun, şərbəti, marmelad, şəkər, badam, yumurta, qovrulmuş, qabartma, yuvarlayın, düzün, Əvvəldən, isidilmiş
BİZİ İZLƏYİN