• Pələng bulkalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 774

Tarix : 24-07-2016, 09:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
1 x.q. quru maya
65 ml isti su
250 ml isti süd
20 q şəkər tozu
30 ml bitki yağı
9 q duz
450-520 q un

üzərinə:
1 x.q. quru maya
125 ml isti su
10 q şəkər tozu
15 ml bitki yağı
2 q duz
100 q düyü unu (mikserdə düyünü çəkib bir neçə dəfə ələməklə də ala bilərsiniz)

Hazırlanması:
Dərin qabda maya, su, süd və şəkər tozunu qarışdırıb 5-10 dəqiqə, üzəri köpüklənincə saxlayın.

Bitki yağı, duz və 400 q un əlavə edin. Xəmir yoğurun. Əvvəlcə xəmir ələ yapışacaq, sonra az-az, 1 x.q. olmaqla bir qədər də un əlavə edərək, xəmir qabın divarlarından aralanınca yoğurun. Bundan sonra daha 5 dəqiqə yoğurub kündə tutun. Üzərinə qida plyonkası çəkib otaq temperaturunda 1-2 saat, həcmi 2 dəfə artıncayadək saxlayın.

Xəmiri ətləyin. 8 yerə bölüb kündələyin, perqament döşənmiş formaya düzün. Üzərinə qida plyonkası çəkib otaq temperaturunda 1 saat saxlayın.

Bulkaları kündələyəndən yarım saat sonra üzəri üçün olan qarışığı hazırlayın: bunun üçün göstərilən ərzağı qarışdırın. O, qatı şəkər qlazuruna bənzəyəcək. Otaq temperaturunda 15 dəqiqə saxlayın.

Sobanı 200 dərəcə qızdırın.

Qarışığı hazırlayandan 15 dəqiqə sonra onu bulkaların üzərinə qatı layla çəkin (əllə daha rahat olur).

Əvvəlcədən qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Bulkaların üzəri qızarıb çatlamalıdır.
Sobadan çıxarıb şəbəkənin üzərində soyudun.

Süfrəyə mürəbbə, bal, kəsmik, yağ, pendir, süd və çayla birlikdə verə bilərsiniz.

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, sonra, şəkər, saxlayın, xəmir, temperaturunda, üzəri, çəkib, yoğurun, üzərinə, plyonkası, Üzərinə, bitki, əlavə, bilərsiniz, bulkaların, bənzəyəcək, qlazuruna, qarışdırın, layla
BİZİ İZLƏYİN