• Kraffin resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 052

Tarix : 1-08-2016, 17:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
18 q yaş maya
5 q duz
1 x.q. şəkər tozu
130 ml isti su + 30 adi temperaturlu su
50 q yumşaq kərə yağı

:
165 q yumşaq kərə yağı
4 x.q. şəkər tozu
1/2 ç.q. darçın
(şəkər tozunu darçınla qarışdırın)

Hazırlanması:
Mayanı əzin, şəkər tozu, 2 x.q. un və 130 ml isti su əlavə edib qarışdırın.

Kombayna unun qalanını ələyin, duz, gəlmiş maya əlavə edin, yumşaq yağ və otaq temperaturunda 30 ml su əlavə edərək 5 dəqiqə yoğurun.

Xəmir elastik alınır, 4 yerə bölün, üzərinə dəsmal çəkib 45 dəqiqə isti yerdə saxlayın.

Bir kündəni götürüb əlinizlə 1 sm qalınlıqda yayın. Makaron üçün maşında yayın. 50 sm uzunluqda nazik şərid alınacaq (maşın yoxdursa, bunu oxlovla yaymağa çalışın). Xəmiri azca əlinizlə dartışdırın. Üzərinə yumşaq kərə yağı çəkib darçınla qarışdırılmış şəkər tozu səpin.

Rulet kimi bükün, azca uzununa dartın, ortadan uzununa 2 yerə bölün. Bir hissə - bir kraffindir.

Böldüyünüz hissəni kəsikləri çölə olmaqla düyün kimi bükün.

Bu qayda ilə bütün bulkaları hazırlayın.

Üzərinə dəsmal çəkib 3-4 saat saxlayın. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Hazır kraffinlərin üzərinə şəkər pudrası səpin.

Kraffin resepti  - FOTO RESEPT

Kraffin resepti  - FOTO RESEPT

Kraffin resepti  - FOTO RESEPT

Kraffin resepti  - FOTO RESEPT

Kraffin resepti  - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, yumşaq, dəqiqə, əlavə, çəkib, üzərinə, saxlayın, dəsmal, əlinizlə, uzununa, Üzərinə, səpin, bükün, yayın, bölün, darçınla, qarışdırın, dartın, bişirin, hissə
BİZİ İZLƏYİN