• Alma peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 17 087

Tarix : 3-08-2016, 09:00

Bölmə : Peçenye reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 q qarğıdalı unu
200 q qarğıdalı nişastası
130 q şəkər tozu
3 yumurtanın sarısı
250 q kərə yağı
2 ç.q. qabartma tozu
1 limon (portağal)

bəzək üçün:
şəkər tozu və mixək

Hazırlanması:
Otaq temperaturunda olan kərə yağını yumurta sarısı, şəkər tozu, qabartma tozu və limon sedrası ilə qarışdırıb mikserlə çalın.

Nişasta ilə qarğıdalı ununu əlavə edib xəmir yoğurun, soyuducuda 1 saat saxlayın.

Xəmirdən qozdan bir qədər böyük parçalar qopararaq kündələyin.

Hər tərəfini şəkər tozuna batırın, sonra isə almaya oxşatmaq üçün bir tərəfinə mixək batırın.

Perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, qarğıdalı, batırın, mixək, limon, qabartma, sarısı, almaya, sonra, tozuna, kündələyin, qopararaq, oxşatmaq, parçalar, tərəfini, siniyə, qızdırılmış, sobada, dəqiqə, bişirin
BİZİ İZLƏYİN