• Limonlu və şəkər qlazurlu peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 111

Tarix : 4-08-2016, 15:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
150 q otaq temperaturunda kərə yağı
50 q xama
50 q şəkər pudrası
1 yumurta
vanil cövhəri
1 çimdik duz
150 q limon
150 q şəkər tozu

qlazur:
100 q şəkər pudrası
1,5 ç.q. limon şirəsi

Hazırlanması:
Limonun üzərinə qaynar su töküb 1 dəqiqə saxlayın, sonra süngərin sərt tərəfi ilə sürtərək axar su ilə yuyun.
Yaxşı olar ki, nazik qabıqlı (ağ hissəsi az olan) limondan istifadə edəsiniz (məsələn, Lənkəran limonu, "limpart"). Əgər beləsini tapmasanız, ağ hissəsini çıxarın, əks təqdirdə peçenye acıtəhər alınacaq.
Limonu bölüb blenderdə 150 q şəkər tozu ilə xırdalayın.
Qazana töküb qaynara düşəndən sonra ocağı azaldıb 10-15 dəqiqə qarışdıraraq bişirin. Soyuq yerə qoyub soyudun. O, soyuduqdan sonra qatılaşacaq.

Xəmir: yaxşı olar ki, stasionar mikser götürəsiniz. Xama, yumurta, 50 q şəkər pudrası, 1 çimdik duz və otaq temperaturunda, yumşaldılmış (əridilmiş yox!) yağı mikserlə çalın. Unu ələyin, əlavə edin. Ovuntuq alınanadək çalın.
Mikser qabındakı ovuntuğu masanın üzərinə töküb əlinizlə kündə halına salın. Çalışın, bunu tez edəsiniz, çünki əlinizin istisindən yağ əriyərsə, peçenyelər bərk alınar. Əgər limonlu iç hələ soyumayıbsa, o zaman xəmiri soyuducuya qoyun.

İç soyuyan kimi xəmiri perqamentin üzərində 0,3-0,5 sm qalınlıqda yayın. Xəmiri vizual olaraq üç hissəyə bölün, ortasına içi yayın. Kənarlarını üst-üstə qatlayın, qıraqlarını da basıb bərkidin ki, iç axmasın. Bunu barmağınızla, yaxud çəngəllə edə bilərsiniz.

Sonra elə perqamentlə birlikdə götürüb siniyə qoyun. Üzərini (yalnız üst qatı) çəngəllə deşin ki, şişməsin.
Şəkərli xəmirlərin çoxlarının bilmədiyi bir xüsusiyyəti var: bu cür məhsulları əvvəlcədən qızdırılmış sobada bişirmək lazımdır. Əgər o, soba ilə birlikdə qızırsa, yağ əriyib xəmirdən çıxır və son nəticədə bişmiş bərk olur.

Sobanı 180 dərəcə qızdırandan sonra sinini içinə qoyun. 20-25 dəqiqə, üzəri yüngül qızaranadək bişirin.

Qlazur: 100 q şəkər pudrasını 1,5 ç.q. limon şirəsi ilə qarışdırın. O, çox qatı olmalıdır, əks halda peçenyenin üzərində şəffaf görünəcək.

Piroqu iti bıçaqla kvadratlara bölün, peçenyelərin üzərini qlazurla bəzəyin.

Limonlu və şəkər qlazurlu peçenye resepti - FOTO RESEPT

Limonlu və şəkər qlazurlu peçenye resepti - FOTO RESEPT

Limonlu və şəkər qlazurlu peçenye resepti - FOTO RESEPT

Limonlu və şəkər qlazurlu peçenye resepti - FOTO RESEPT

Limonlu və şəkər qlazurlu peçenye resepti - FOTO RESEPT

Limonlu və şəkər qlazurlu peçenye resepti - FOTO RESEPT

Limonlu və şəkər qlazurlu peçenye resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, sonra, pudrası, limon, qoyun, dəqiqə, töküb, xəmiri, temperaturunda, bölün, birlikdə, çalın, çəngəllə, edəsiniz, bişirin, yayın, çimdik, yumurta, üzərinə, şirəsi
BİZİ İZLƏYİN